8 C
Baku
Thursday, December 12, 2024

Yens Stoltenberq: “NATO Moskva ilə əlaqələri açmağa hazırdır”

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə əməkdaşlığa son qoymasından təəssüfləndiyini bildirib.

Bu barədə Stoltenberq “Vijesti” qəzetinə müsahibəsində bildirib.

“NATO onilliklər ərzində Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışıb. Biz NATO-Rusiya Şurasını yaratdıq, Rusiya-NATO-nun təsis aktını razılaşdırdıq və bu ölkəni Avro-Atlantik məkanda təhlükəsizliyi gücləndirmək üçün birgə işləməyə dəvət etdik. Lakin Rusiya etimad və tərəfdaşlıq qurmaqdan, eləcə də daha sıx qarşılıqlı əməkdaşlıqdan imtina etdi. Mən bundan çox təəssüflənirəm”, – deyə o bildirib.

O əlavə edib ki, NATO riskləri idarə etmək və azaltmaq, eskalasiyanın qarşısını almaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqələri açmağa hazırdır.

Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatları dayandıracağı təqdirdə münasibətlərdə dəyişiklik baş verə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər