15 C
Baku
Saturday, April 20, 2024

Yer üzündən silinmiş sivilizasiyalar (I-ci hissə)

Bəşəriyyatın tarixi boyu bir çox sivilizasiyalar ya özləri yoxa çıxıblar, ya da ki, təbii fəlakətlər nəticəsində yer üzündən siliblər. Lakin biz sizə gizli şəkildə yox olmuş bir neçə sivilizasiyaları təqdim edirik. Alimlər bügünkü günə qədər onların gizli şəkildə yer üzündən silinməsinin səbəblərini tapa bilməyiblər.

Olmeklər

İlk mezo amerika cəmiyyətlərindən biridir. Olmeklər Meksikanın cənub- mərkəzinin tropik düzənliklərində yaşayırdılar. Olmeklər haqqında ilk məlumatlar San-Lorenso şəhərində tapılmışdı. Olmeklər məharətli inşaatçılar idilər. Əhəmiyyətlə hər yerdə təntənəli saraylar, kurqanlar, konusvari ehramlar və daş abidələr, həmçinin nəhəng baş abidəsi yerləşirdi. Olmek sivilizasiyası həm müxtəlif olmek regionları, həm də digər mezo- amerika milliyyətləri arasında olan ticarətdən asılı idi. Öz dövrünün ilk və inkişaf etmiş mezo mədəniyyətlərindən biri olan olmeklər adətən dgər mezo-amerika xalqlarının əcdadı hesab edilirlər. B. e. ə. 400-cü ildə olmek torpaqlarının şərq hissəsi çox güman ki, ətraf mühitin dəyişilməsi səbəbindən boşalmışdır. Həmçinin burada vulkanik fəallıq olduğu üçün də insanlar buradan köçə bilərdilər. Digər məşhur nəzəriyyə onların işğal olunduğunu iddia edir. Lakin heç kəs işğalçının kim olduğunu deyə bilmir.

Nabatey çarlığı

Nabateylər indiki İordaniyanın, İsrailin, Suriyanın və Səudiyyə Ərəbistanın ərazilərində məskunlaşmış semit qəbiləsinin bir qrupudurlar. Bu qəbilə ən çox öz paytaxtları Petra şəhəri ilə məşhurdular. Petra möcüzəvi bir şəhərdir. Nabateylərin sərvəti onların torpaqlarının ərazisindən keçən çoxsaylı ticarət yollarının sayəsində yığılmışdı. Nabateylər fil sümüklərini, ipək, ədviyyatlar, qiymətli metallar, qiyməti daşlar və dərmanlar satırdılar. Nabatey mədəniyyətinə Yunanıstan, Roma, Araviya və Asiriya təsir göstərmişdi. O dövrün digər mədəniyyətlərindən fərqli olaraq, Nabatey çarlığında qullar yox idi və cəmiyyətin hər bir üzvü ümumi mənfəətə öz yatırımlarını edirdi. Bizim eramızın 4-cü əsirində nabateylər Petranı tərk edirlər və heç kəs bunun səbəbini bilmir. Arxeoloji tapıntılar onların köçünün yaxşı təşkil olunduğunu göstərir. Bu isə nabateylərin könüllü şəkildə köçdüklərini sübut edir. Ən məntiqli səbəb ticarət yollarının şimala köçürüldükdən sonra nabateylər daha burada yaşaya bilmədikləri və Petranı tərk etdikləridir.

Aksum çarlığı

Aksum çarlığının tarixçəsi bizim eramızın 1-ci əsrindən indiki Efiopiyanın ərazisində başlayıb. Aksum fil sümüyünü, kənd təsərrüfatı məhsullarını və qızılı Roma imperiyasına və Hindistana ixrac edən əsas ticarət mərkəzi idi. Bunun sayəsində akumistlər çox zəngin bir xalq və öz sikkə sistemi olan ilk Afrika mədəniyyəti olurlar. Yerli əfsanəyə əsasən, yahudi kraliçası Yudif Aksum çarlığını işğal edir və onun kilsələrini və kitabxanalarını yandırır.
Digər nəzəriyyələrə əsasən, sivilizasiyanın yer üzündən silinməsinin səbəbi iqlim dəyişilikləri, ticari təcridləşmə və aclıq olub.

Mikenlər

Mikenlər b. e. ə. 1600-cü ildə cənubi Yunanıstanda əmələ gəliblər. Bir çox qədim yunan əfsanələrində Mikenlər haqqında, həmçinin Troya müharibəsi zamanı yunanlara başçılıq etmiş Aqamemnon çarı haqqında bəhs edilir. Mikenlər yaxşı dəniz gücünə malik idilər və onlar öz donanmalarını digər ölkələrlə ticarət üçün, həmçinin müharibə məqsədləri ilə istifadə edirdilər. Burada təbii sərvətlər az olduğu üçün mikenlər bir çox malları idxal edirdilər, onların üzərində işləyərək həmin malları satırdılar. Beləliklə, mikenlər məharətli usta kimi məşhurlaşmışdılar. Heç kəs mikenlırin necə yox olduqlarını bilmir. Lakin bir nəzəriyyəyə əsasən, bu müxtəlif siniflərin toqquşması nəticəsində baş verib. Digər nəzəriyyələr ticarətin dayanmasına, zəlzələyə, həmçinin şimaldan dorların və yaxud Dəniz xalqının (Balkandan Yaxın Şərqə miqrasiya edənlər) mikenlərin ərazilərinə daxil olmalarına asaslanır.

Khmer imperiyası

Khmer imperiyası indiki Kambocinin ərazisində yerləşirdi, bizim eramızın 9-cu əsrində yaranıb və cənub-şərqi Asiyanın ən güclü dövlətlərindən biri idi. Khmerlər ən zəngin mədəniyyət idilər. Bu sivilizasiyanın süqutuna müxtəlif amillər təsir etmişdi. Bu amillər ölkəni müxtəlif kralların idarə etməsi, ticarət yollarının tikintisi idilər. Və məhz bu amillər işğalçıların paytaxta daxil olmalarına səbəb olmuşdular.

Son xəbərlər
Digər xəbərlər