16 C
Baku
Monday, May 6, 2024

Yer üzündən silinmiş sivilizasiyalar – II hissə

Bəşəriyyətin tarixi boyu bir çox sivilizasiyalar ya özləri yoxa çıxıblar, ya da ki, təbii fəlakətlər nəticəsində yer üzündən siliblər. Lakin biz sizə gizli şəkildə yox olunmuş bir neçə sivilizasiyaları təqdim edirik. Alimlər bügünkü günə qədər onların gizli şəkildə yer üzündən silinməsinin səbəblərini tapa bilməyiblər.

Tripol mədəniyyəti

Bu neolitik mədəniyyət b. e. ə. 5500- 2750-ci illərdə mövcüd idi. Öz çiçəklənən dövründə bu mədəniyyətin qəbilələri Avropada ən böyük neolitik yaşayış məntəqələri yaratmışdılar. Bu yaşayış məntəqələrinin bəzilərinə sakinlərin sayı 15000 nəfər insan təşkil edirdi. Bu mədəniyyətin ən böyük sirlərindən biri hər 60-80 ildən bir insanların bütün bir kəndi yandırırdılar və köhnə kəndin üzərində yeni kənd düzəldirdilər. Onlar analığın və məhsuldarlığın təcəssümü olan böyük ilahi-anaya sitayiş edirdilər. Həmçinin onlar öküzə (güc, məhsuldarlıq, göy) və ilana (ölümsüzlük) da sitayiş edirdilər. Nəzəriyyələrin birinə əsasən, tripol mədəniyyətini kurqan sivilizasiyası işğal edib. Lakin bu yaxınlarda aparılmış arxeoloji tədqiqatlara əsaslansaq, tripol mədəniyyətini kəskin klimatik şəraitlər məhv ediblər.

Klovis mədəniyyəti

Bu hind xalqı b. e. ə. 10-cu əsrdə yaşayıb. Qəbilələr Şimali Amerikanın cənubi və mərkəzi düzənliklərində yaşayırdılar. Onların əsas məşğuliyyətləri ovçuluq və yığıcılıq idilər. Bunun sübutu qədim yaşayış məntəqəsinin yerində mamontların, bizonların və digər məməli heyvanların sümük qalıqlarının tapılmasıdır. Bizə Klovis insanlarının istifadə etdiyi 125 növ bitkilər məlumdur. Klovis mədəniyyətinin yox olmasını klimatik şəraitlərlə, yəni buzlaşmanın başlaması ilə əlaqələndirirlər.

Minoy sivilizasiyası

Bu sivilizasiyanın adı mifik çar Krit Minosla bağlıdır. Əfsanəyə əsasən, Krit Minos Dedalın tikdiyi labirintin sahibi olub. Əslində, minoy mədəniyyəti Avropada məlum olan ilk sivilizasiyadır. Bugünkü gündə bu xalqdan bizə tapıntılar içərisində aşkar olan saraylar qalıb. Bir çox alimlər Minoy sivilizasiyasının yox olmasına vulkan püskürməsinin səbəb olduğunu iddia edirlər. Lakin onların bu təbii fəlakətdən sonra sağ qalmalarına aid sübutlar var. Lakin vulkan püskürməsi buradakı floranı öldürə bilərdi, bu isə öz növbəsində aclığın hökm sürməsinə səbəb olmuşdu. Həmçinin vulkan püskürməsinin nəticəsində Minoy insanlarının tikdikləri gəmilərdə məhv olmuşdular. Beləliklə, sivilizasiya süqut edir və zamanla Yer üzündən silinir.

Anasazi

Anasazi mədəniyyəti və yaxud pueblo əcdadları müasir ABŞ-ın cənub qərb ərazisində yerləşən hind mədəniyyəti olub. Bu mədəniyyət üçün şəxsi keramika və evlərin tikilməsi üslubu səciyyəvidir. Təxminən b. e. ə. 1300-cü ildə pueblo əcdadları öz evlərini tərk etmişdilər. Onlar sudan və məhsuldar torpaqlardan uzaq olan yerlərə köç etmələrinin yeganə səbəbinin alimlər düşmənlərin hücumları olduğunu düşünürlər. Təcrid olunmuş icmalar qida məhsullarını ələ keçirtmək üçün bura hücm edirdilər. Bu cür münaqişələr XIII əsrdə yayılmış hadisələr idi.

Hind (və ya Xarap) sivilizasiyası

Hind və yaxud Xarap sivilizasiyası bəşəriyyətin ən qədim üç sivilizasiyalarından (qədim misir və şumer sivilizasiyaları)  biridir. Hər üç sivilizasiyadan Hind sivilizasiya ən böyük əraziyə sahib idi. Öz ölçülərinə görə o, təxminən Misirin, Mesopotamiyanın, Kiçik Asiyanın, İranın, Suriyanın və Fələstinin ölçülərinə bərabər idi. Bu sivilizasiya haqqında az adamın məlumatı var. Bu mədəniyyətdə monumental tikintilik, bürüncün metallurgiyası, heykəltəraşlıq inkişaf etmişdi. Moxenco-Daroda arxeoloqlar ilk ictimai ayaq yolularını və kanalizasiya sistemini aşkarlamışdılar. Həmçinin burada kənd təsərrufatı,ovçuluq və balıqçılıq da çox yaxşı inkişaf etmişdi. B. e. ə. XVIII- XVII əsrlərdə hind sivilizasiyası süqut etmişdi. Bu dövrdə əhalinin əksər hissəsi cənub-şərqə tərəf köç edirlər (Fələstinin ərazisi, yalnız braui xalqının əcdadları burada qalırlar) və öz keçmiş inkişaf səviyyələrini itirirlər. Alimlər təbiət şəraitlərinin pisləşməsi nəticəsində Hind sivilizasiyasının öz ərazilərindən köç etdiklərini iddia edirlər. Həmçinin ariyalıların bura hücumlarını da nəzərə almaq lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər