Norveçli alimlər avtonom yeraltı kəşfiyyat üçün “RMF-Owl” pilotsuz aparatını hazırlayıblar.
Yeni dron toqquşmalardan qaçmağı bacarır. Onun korpusu zərbəyə qarşı davamlıdır.
Yeni cihaz mədənlərdə, metrolarda, mağara şəbəkələrindəki təhlükəli işlərdə istifadə ediləcək.
Alimlərin sözlərinə görə, bundan sonra axtarış, kəşfiyyat və xəritələşdirmə işləri məhz bu dronlara həvalə edilə bilər. Bu, insanları lazımsız risklərdən azad etməyə imkan verəcək.
Dronun uzunluğu və eni 38 santimetr, çəkisi isə 1,45 kq-dır. “RMF-Owl” on dəqiqəlik uçuş ehtiyatına malikdir.