Bu yaxınlarda İçərişəhər metro stansiyası yaxınlığında yerləşən yeraltı keçiddən MilliÖn terminalı yığışdırılıb. Bundan əlavə verilən məlumata görə, bütün cihazlar yeraltı keçidlərdən yığışdırılacaq və onlar əvvəlki yerlərinə qaytarılmayacaq.
Bu haqda məlumatı Komtec Ltd şirkətinin (Ticarət nişanı MilliÖn) əməkdaşı Ülviyə Əfəndiyeva vermişdir. O həmçinin bildirmişdir: “Bəzi yeraltı keçidlərdə bu iş həyata keçirilsə də, proses hələ davam edir. Bu proses ilə profilaktik tədbirlər ilə əlaqədardır. Daha dəqiq desək, qurğulara texniki baxış keçiriləcək. Bu texniki baxışa isə yalnızca yeraltı keçidlərdə quraşdırılan terminallar cəlb edilib və mağaza, metro və digər yerlərdəki terminallara şamil edilmir”.