7 C
Baku
Thursday, December 12, 2024

Yeraltı sərvətlər uğrunda mübarizə şiddətlənir

Böyük ölkələr enerji, su və yeraltı qaynaqlar uğrunda mübarizəni gücləndiriblər. ABŞ, Çin, Fransa, Almaniya və Yaponiya kimi ölkələr artan istehsal qarşlığında dünyanın müxtəlif qitələrində və ölkələrində qaynaqlara çıxış imkanı əldə etməlidirlər. Bu baxımdan Afrika ölkələrindəki son çevrilişlər və qiyamlar böyük dövlətləri qorxudub. Çünki qara qitədə hələ çox istifadə edilməyən və ya az istifadə edilən resurslar mövcuddur.

Ən çox qaynağa ehtiyacı olan ölkələrin başında Çin gəlir. Çin öz istehsalını artırmaq üçün yeraltı sərvətlərə çıxış imkanı əldə etməlidir. Çinin bu ilin birinci yarısında xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 10 milyard dollardan çox yatırım qoyduğu açıqlanıb. Bu rəqəm 2022-ci ilin tamamındakı rəqəmdən çoxdur. Çin rekorda göstəriciyə 2018-ci ildə nail olub. Çin həmin il xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 17 milyard dollar yatırım qoyub. Mütəxəssislərin fikrincə, builki rəqəm 17 milyard dolları keçəcək.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin xarici ölkələrdə nikel, litium, mis, urandəmir filizi yataqlarına maraq göstərdiyi bildirilib. Bakıda mənzillənən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Çin məhz bunlar vasitəsilə maşınqayırma sənayesini və elektromobillər üçün batareya istehsalını artıra bilər. Çinin yeraltı zənginliklərə tələbatı son illərdə iki dəfə artıb. Yeraltı zənginliklərdən əldə edilənlər Çinə yüksək texnologiyaların inkişafında və “təmiz enerji” sahəsində də istifadə üçün lazımdır.

Çin yeraltı zənginliklərə əsasən Afrika, Asiya və Cənubi Amerika qitələrində əldə etməyə çalışır. Çin üçün “bir kəmər, bir yol” layihəsi məhz bu məqsədlə lazımdır ki, xarici ölkələri mövcud layihəyə cəlb etməklə həmin dövlətlərin resurslarına çıxış imkanı əldə edə bilsin. Ancaq Pekinin yeni layihəsi bəzi ölkələrdə fikir ixtilafına səbəb olub.

“Çinə asan deyil, digər böyük dövlətlər də eyni resurslara ehtiyac duyurlar. Rəqabət artıb. Misal üçün dünyada nikelə olan tələbat 40 faiz artıb”- deyə, Elxan Şahinoğlu bildirir. ABŞ-ın “Goldman Sachs” investisiya bankının son hesabatına görə böyük ölkələrin Çindən geri qalmaması üçün Qərb ölkələti yearltı zənginliklərin istehsalına hər il ən azı 25 milyard dollar yatırım qoymalıdırlar.

Son xəbərlər
Digər xəbərlər