27 C
Baku
Saturday, July 27, 2024

İş yerində necə arıqlamaq olar?

Əvvəllər radioda iş gününün ortasında bir veriliş gedirdi. Bu veriliş məhz xüsusi olaraq insanların iş yerlərindən ayrılmadan bəsit idman hərəkətləri edə bilmələri üçün yaradılmışdı.

Əgər siz vaxtınızın çoxunu işdə keçirdirisinizsə, sizə həqiqətən də axşam idmanla məşğul olmağa vaxtınız çatmır. Buna görə çalışın iş vaxtı asan gimnastikaya vaxt ayırasınız. O nəinki sizi gümrah edəcək, həmçinin gərgin əzələlərdə olan yorğunluğu çıxaracaq.

1. Mütəmadi idman hərəkətləri sizin arıqlamağınıza da kömək edəcək. Ofisdə fitnes isinmək hərəkətləri ilə başlamaladır. Ən uyğun variant pilləkənlə yuxarı qalxmaq və aşağı düşmək və yaxud dəhlizdə gəzişməkdir. İndi isə işdən bir neçə dəqiqəlik uzaqlaşın və əlinizin altında olan ləvazimatları istifadə edərək bir neçə idman hərəkəti edin. İdman hərəkətləri sizə ombalarda olan yağlardan azad olmağa kömək edəcəklər. Oturaq vəziyyətdə olduğunuzda dizləriniz bir-birinə bitişməlidir. Əllərinizi ofis kreslosuna qoyun. Əllərinizin müqavimətini dəf edərək bir neçə saniyə ərzində dizlərinizə güc verin.

Bu hərəkəti 20 dəfə təkrar edin.

2. Qarın, bel və omba presi üçün çalışmalar. Masanın ucuna yaxın oturun, ayaqlarınızı bir birinzə bitişmiş halda qoyun. Belinizi mütləq düz tutun. Ayaqlarınızı növbə ilə qabağa doğru uzadın. Əzələlərdə kiçik yanma hissi əmələ gələnə qədər bu çalışmanı edin. İstəyinizə uyğun olaraq daha çətin idman hərəkətləri də edə bilərsiniz.

Bu idman hərəkətini 12-15 dəfə təkrar edin.

3. Təqdim edəcəyimiz idman hərkəti baldırların arxa hissəsini çalışdırır. Çiyinləriniz səviyyəsində ayaqlarınızı stolun altına qoyun. Əgər siz hündür daban ayaqqabı geyinmişsinizsə, onları çıxarsanız yaxşı olar. Belinizi düz tutun. Mütəmadi olaraq ayağınızın dabanlarını yerə vurun və sallayın. Ayaqlarınızı bir neçə saniyə bu gərginlikdə saxlayın. Hər ayağınız üçün 10 dəfə bu çalışmanı edin.

4. Bu idman hərəkətləri baldırların üst hissəsini çalışdırır. Dizlərinizin arasına yumruqlarınızı qoyun. Ayaqlarınız yorulana qədər yumruqlarınızı sıxın. Bu idman hərəkətini 15-20 dəfə təkrar edin.

5. Bu çalışmalar qarının aşağı hissəsini məşq etdirir. Stula oturun, əllərinizi arxaya dayayın, ayaqlarınızı isə birləşdirin. Nəfəs verəndə dizlərinizi bir-birindən ayırmayaraq ayaqlarınızı qaldırın. Belinizi mütləq düz tutun. Bu idman hərkətini 30 dəfə təkrarlayın.
Sonda sizə bir neçə qeyd deyək. Ofisdə fitneslə məşğul olmaq üçün ən uyğun vaxt nahardan öncə, iş gününün ortasıdır. Heç bir halda idman hərkətləri etdiyinizdən dərhal sonra yemək yeməyin. Fiziki fəaliyyət iştahı gücləndirir, buna görə siz yemək istəyirsiniz, amma bunu etməyin.

Son xəbərlər
Digər xəbərlər