10 C
Baku
Wednesday, December 11, 2024

İş yerində stress ilə necə mübarizə apara bilərik?

İşə götürənlərin namizədlərin tərcümeyi hallarında «Şəxsi xüsusiyyətlər» bölməsində nəyə fikir verdiklərini bilirsinizmi?
Onlar bu bölmədə «stressə davamlı» sözünə fikir verirlər. Bu namizədin adekvatlığını sübut edir.

Biz sizə bu məqalədə tərcümeyi halınızda özünüzü yaxşı təqdim etmək üçün bir sıra məsləhətlər verəcəyik.

Stress sizi əsəb gərginliyinə qədər gətirib çıxarda bilər. Sizin baş direktor və yaxud adi işçi olmanızdan asılı olmayaraq stress sizin işinizə mənfi təsir göstərəcək.
Məsələn, Financial Services Authority (Böyük Britaniyanın bazara nəzarət üzrə baş maliyyə şirkəti) şirkətinin keçmiş direktoru Barclays Bank bankından əsəb gərginliyi səbəbindən işdən çıxmalı olmuşdu.

İş yerinizdə stress ilə mübarizə aparmağı öyrənin

Özünüzü stressdən qorumaq üçün bir neçə üsul mövcuddur.
Onlardan bir neçəsini sizə təqdim edirik:
1. Sizdən yaxşı heç kim sizin fiziki və emosional sağlamlığınızın qeydinə qala bilməz.
2. Öncədən iş yerində xoşagəlməz hadisələrdən özünüzü qoruyun.
3. Digər insanlarla ünsiyyətinizi yaxşılaşdırın. Bu sizə iş yoldaşlarınızla münasibətinizi düzəltməyə yardım edəcək.

Birinci məsləhət: Sizin orqanizminizin həddindən artıq çox gərginlik hiss etdiyini təyin etməyi öyrənin

İş yerində çox yorulmaq insanın özünə inamının olmaması, əsəbi olması və özünə qapalı olması ilə əlaqəlidir. Nəticədə belə bir əməkdaşın işinin məhsuldarlığı azalır və o, işindən artıq zövq almır.
Əgər sizin orqanizminiz yorulduğu halda ötürdüyü siqnallara fikir verməsəniz, sizin iş məhsuldarlığınızın azalması, fiziki və emosional yorğunluq ilə bağlı ciddi problemləriniz yaranacaq.

İkinci məsləhət: Orqanizminizə qulluq etdiyiniz halda siz stresslə mübarizə edə biləcəksiniz

Stress sizə yaxşı işləməyə maneə olduğunda, şəxsi həyatınıza təsir etdiyində sizin sağlamlığınızla bir sıra problemləriniz yaranır. Öz qeydinizə qalın.
İmmunitetiniz güclü olduğunda siz stressə qarşı gələ biləcəksiniz.
Öz əhvalınızı qaldırmağın üsullarını tapın.

Üçüncü məsləhət: Öz emosiyalarınızı və digərlərin emosiyalarını başa düşməyə çalışın

Hətta qeyri-sağlam iş mühitində özünüzü idarə etməyə çalışın, özünüzün emosiyalarınızı idarə edin.
Öz emosiyalarınızı və digər insanların emosiyalarını başa düşmək bacarığını insanın emosional intellektual bacarıqları ilə müqayisə etmək olar.
Bu sizə işdə fərdi və kollektiv uğur qazanmağa, ünsiyyətdə maneələri aşmağa kömək edəcək.


Dördüncü məsləhət: Zərərli vərdişlərdən imtina edin

Siz stress ilə mübarizə aparmağı və iş yoldaşlarınızla əlaqələrinizi düzəltməyi öyrənəndə yaranmış vəziyyətləri daha yaxşı idarə edə və düzgün qərarlar qəbul edə biləcəksiniz. Bundan sonra isə siz zərərli vərdişlərinizdən azad olmalısınız. Onlar yalnız stressin artmasına səbəb olurlar.

Beşinci məsləhət: Öz həmkarlarınızın stressin öhdəsindən gəldiklərini öyrənin

Təbii ki, hər bir müdir öz əməkdaşlarının stress səviyyələrini azaltmaq istəyər. İlk növbədə, müdir özündən başlamalıdır. O, öz davranışları ilə pozitiv davranış nümunəsi nümayiş etməlidir.
Əgər müdir çətin iqtisadi vəziyyətdə öz sakitliyini qoruyub saxlaya bilirsə, onun əməkdaşları da öz müdirlərini təlqid edərək əsəb gərginliyi keçirməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər