11 C
Baku
Cümə, Dekabr 3, 2021

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin təyinatı dəyişir

Yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X