Azərbaycan 2020-ci ilin ilk rübü ərzində 672 ədəd minik avtomobili istehsal edib, bu illik müqayisədə 2,4 dəfə böyüməsi deməkdir.
Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.
Yanvar ayı ərzində Azərbaycanda istehsal edilən minik avtomobilin sayı 192, fevralda 288 və martda isə 192 ədəd istehsal edilib.
Fevral ayında anbarlarda 172 minik avtomobilinin olmasını nəzərə alsaq, anbarda cəmi 49 ədəd artım olub. Bu isə o deməkdir ki, fabriklərin istehsal etdiyi minik avtomobillərinin 141-i satılmışdır. İstehsal edilən avtomobillərin sayı anbarlarda 221 ədəd təşkil edib.
Aprel ayı ərzində açıqlanan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 164 ədəd “Khazar LX” markalı minik avtomobillərinin satın alınması ilə bağlı satışı həyata keçirən “Azərmaş”la satınlama müqaviləsi imzalayıb. Daha əvvəllər də bu nazirliklə yanaşı bir sıra dövlət büdcəsindən “qidalanan” qurumlar yerli istehsalımız olan bu avtomobillərin alışına üstünlük vermişdilər.