Azərbaycanda avtomobil istehsalının həcmi 2021-ci ilin ilk 7 ayında 12.5% azalmışdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
İlin yanvar-iyul ayları ərzində 940 minik avtomobili istehsal edilmişdir.
İstehsal edilmiş minik avtomobillərinin iyul ayı üzrə sayı 145 olmaqla cari ilin həcm üzrə ikinci ən böyük ayından biri olmuşdur. Qeyd edək ki, ən çox mart ayında – 307 əd. olmaqla qeydə alınmışdı.
Hazırda anbarlarda isə 141 minik avtomoboli olmuş, iyul ayında isə 148-i bazara çıxarılmışdır. Beləliklə, 1 049 minik avtomobili bazara çıxarlmışdır.