10 C
Baku
Thursday, December 12, 2024

Yerli istehsal olan geyimlər azalıb – Xaricdən idxal isə əksinə

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Resoublikası ərazisində istehsal olunan üst geyim istehsalı 289,2 min ədəd (illik 16% azalma), alt geyim istehsalı 500,2 min ədəd ( 3,7% azalma), corab istehsalı 2 milyon 475 min ədəd ( 23,3% artım) və 148,1 min cüt ayaqqabı (28,5% azalma) istehsal edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, yerli istesaldan fərqli olaraq əhali daha çox xaricdən geyim istehlakına üstünlük verib. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2019-cu ilin yanvar-oktyabr ayları ərzində  ölkəyə $234,68 milyonluq geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib. Bu öncəki ildəki rəqəmləri xeyli üstələyir.

Məhsul növləri

2019-cu ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Geyim istehsalı

Üst geyim, min ədəd

289,2

80,4

Alt geyim, min ədəd

500,3

96,3

Digər trikotaj məmulatları, min ədəd

36,5

134,0

Corab məmulatları, min cüt

2475,0

123,3

Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd

493,1

183,8

Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd

2460

1,2

Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd

1669,3

53,3

Dəri və dəridən məmulatlar, ayaqqabılar

Dəri, min kv.m

46,1

99,6

Aşılanmış xəz dərilər, min kv.m

48,6

43,0

Ayaqqabı, min cüt

148,1

71,5

 

Son xəbərlər
Digər xəbərlər