26 C
Baku
Saturday, July 27, 2024

Yerli istehsal PVC idxalının qarşısını alacaq – 80 milyon dollarlıq layihə

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkədə polivinil xlorid istehsalının təşkilini təklif edir.

Bu barədə hökumətdən Banker.az-a məlumat verilib.

“Azpromo” Sumqayıt Kimya Sənaye Parkı ərazisində PVC istehsalının təşkili üzrə investisiya təklifi hazırlayıb. Hazırda PVC-nin əksər həcmi Azərbaycana idxal olunur”, – hökumətdən qeyd ediblər.

Fondun məlumatına görə, idxal olunan PVC-nin qiymətinin bahalaşması səbəbindən qeyd edilən layihənin idxal məhsulunun daha sərfəli yerli istehsal ilə əvəz olunmasına imkan yaradacaq.

“Layihə 80 mln. dollar həcmində qiymətləndirilir. Reallaşdırılması, xərclərin çıxarılması müddəti və maliyyələşmə mexanizmi dəqiqləşdirilməlidir”, – hökumətdən vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər