26 C
Baku
Saturday, July 27, 2024

Yerli istehsal olan qida yağları bahalaşdı – rəsmi

2021-ci ilin ilk ayından etibarən ölkədə əksər ərzaq məhsulları kimi yağların qiyməti də bahalaşıb. Bahalaşma daha çox yerli istehsal olan qida yağlarında müşahidə edilib.

Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kərə yağı dekabr ayı ilə müqayisədə 0.3% (ortalama) bahalaşıb. Yerli istehsal olan kərə yağının qiyməti 16.15 ₼/kq-dan 16.32 ₼/kq-ya qalxarkən, xaricdən idxal olunanın isə qiyməti 16.58 ₼/kq-dan 16.50 ₼/kq-ya düşüb.

Süfrə marqarini 0.9 bahalaşıb. Bu yağın yanvar ayında 3.88 ₼/kq-dan 3.92 ₼/kq-a qədər artıb. Xarici istehsal olanlar isə sabit olmaqla 4.28₼/kq olmuşdur.

Zeytun yağı yanvar ayı ərzində 0.3% bahalaşmışdır. Yerli istehsal olan bu məhsulun qiyməti 11.14 ₼/kq-dan 11.16 ₼/kq-ya yüksəlmiş, xarici istehsal olanlar isə 14.96 ₼/kq-dan 14.90 ₼/kq-ya qədər enmişdir.

Yağlar içində ən çox artım 3.9% günəbaxan yağındandır. Bu yağın qiyməti 2.96 ₼/kq-dan 3.09 ₼/kq-ya yüksəldiyi halda, idxal olunan məhsulun orta qiyməti 3.49 ₼/kq-dan 3.26 ₼/kq-ya qədər enmişdir.

Qarğıdalı yağı isə son ay ərzində 2.6% ucuzlamışdır. Ayın əvvəlində 4.18₼/kq olan bu yağ ayın sonuna 4.27 ₼/kq olmuş, xarici istehsal isə 4.83 ₼/kq-dan 5.08 ₼/kq-ya yüksəlmişdir.

Son xəbərlər
Digər xəbərlər