22 C
Baku
Thursday, April 25, 2024

Yerli istehsalın və ixracın dəstəklənməsi məqsədilə yeni təşviq mexanizmləri hazırlanır

Yerli istehsalın və ixracın dəstəklənməsi məqsədilə yeni təşviq mexanizmləri hazırlanır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, mexanizmlər yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələrinə təqdim edilib.

Qablaşdırma sənayesi, şərab, süd və süd məhsulları, zeytun, ekoloji təmiz məhsul, zəfəran istehsalçıları və ixracatçıları ilə təşkil olunan görüşdə istehsalın və ixracın dəstəklənməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verilib.

Görüşdə həmçinin qeyd olunan sahələr üzrə assosiasiyaların gələcək fəaliyyəti, strateji inkişaf planları, sektordakı mövcud vəziyyət, sahibkarların təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi, sahəvi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər