“BP Azerbaijan”da yeni təyinat baş tutub.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, Anar Mansurov SƏTƏM* və karbon emissiyaları üzrə regional meneceri vəzifəsinə təyin edilib.
Mansurov artıq 20 ildir ki, “BP”də çalışır. Belə ki, 2004-cü ilin avqustundan transmilli şirkətdə çalışır. 2022-ci ilin dekabrından regional prezidentin müşaviridir.
1999-2005- A.Mansurov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ANDSU) iqtisadi mühəndis və idarəetmə üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib.
2008-2009 – Mançester Universiteti (Böyük Britaniya) və Mərkəzi Avropa Universiteti tərəfindən akkreditə olunmuş intensiv 1 illik fənlərarası magistr proqramını tamamlayıb.
*Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi