15 C
Baku
Sunday, November 24, 2024

Yerli maliyyəçilər “Spring School of Finance”-da özlərini inkişaf etdirə biləcəklər

İlin “Spring School of Finance” adlı maliyyə hadisəsi üçün qeydiyyat başladı. Maliyyə yaz məktəbində Azərbaycanda fəaliyyət göstərən yerli və qabaqcıl şirkətlərin rəhbərləri, dünyanın top universitetlərində təhsil almış maliyyəçiləri,  CFA, ACCA, FRM kimi beynəlxalq sertifikat assosiasiyalarının “Member” statuslu şəxsləri real “Case”- lər əsasında maliyyə incəliklərini izah edəcəklər.

Spring School of Finance nədir?
“Spring School of Finance” təlimi sırf yerli maliyyəçilərinin peşəkarlaşmasına və  inkişafına yönəlmiş bir təlimdir. Təlim çərçivəsində dünyada və ölkəmizdə olan qabaqcıl şirkətlərin maliyyə təhlilləri iştirakçılarla birlikdə aparılacaq, maliyyə hesabatlarına yanaşma tərzi onlara izah ediləcək, maliyyə sahəsinin hər maliyyəçi tərəfindən bilinməyən sirlərinə toxunulacaq.

Təlimin sizə qazandıracağı üstünlüklər:

  • Universitetlərdə və kitablarda tədris olunmayan mövzuları öyrənəcək, təhlillərə yanaşma tərzinizi dəyişdirəcəksiniz. 
  • Maliyyə sektorunda olan sosial çevrəniz genişlənəcək, yeni tanışlıqlar qazanacaqsınız.
  • CFA, FRM və ACCA member dərəcəli təlimçilərin imzalı sertifikatlarını əldə edərək CV-nizi gücləndirəcəksiniz.
  • Maliyyə üzrə İngilis dili bacarıqlarınızı təkmilləşdirəcəksiniz.
  • Maliyyə ilə bağlı çətinlik çəkdiyiniz mövzularda bütün suallarınıza cavab tapacaqsınız.
  • Fərqli və dinamik təhsil mühitində unudulmaz xatirələr və biliklər qazanacaqsınız.

    Təlimin gündəliyi:
    Maliyyə yaz məktəbi may ayının 2-si Bakı şəhərində start götürəcək və mayın 17-də sertifikatların təqdim edilməsi mərasimi ilə başa çatacaqdır. 

Qiymət:

Erkən müraciət             (Mart 20-dək)       220 AZN

Sonrakı müraciət          (Aprel 1 – Aprel 15) 340 AZN

Normal  qiymət           (Aprel 16 – Aprel 30)     450 AZN

Maliyyə yaz məktəbinə online qeydiyyatdan keçmək üçün: 

https://forms.gle/KkvtLM31SFW689ph9

(Online qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlanılacaqdır)

Nəzərinizə çatdırmaq istərdik ki, “Maliyyə üzrə Yaz Məktəbi”-nə tələbatın çox olması səbəbi ilə seçimlər zaman tezliyi əsas şərt olmaqla bir neçə kriteriya əsasında aparılacaqdır. Odur ki, daha tez müraciət edənlər qatılmaq şanslarını artıracaqlar.

Ətraflı məlumat üçün: +994 50 2282320

Son xəbərlər
Digər xəbərlər