3 C
Baku
Wednesday, January 1, 2025

Yerli mühəndislik şirkəti “Encotec” keçən il 5 mln. manat üzərində xalis mənfəət açıqlandı

Yerli mühəndislik və məsləhətçi şirkət “Encotec” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü ildə xalis mənfəət 5.19 mln. manat olub. Bu da 2022-ci ildən xeyli yuxarı artımdır.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

“Encotec” QSC-nin əsas fəaliyyəti nəqliyyat infrastruktur elementlərinin tikintisindən, məsələn, beton və asfalt magistral yollar, körpülər, tunellər, qovşaqlar, yeraltı piyada keçidləri, su təchizat sistemləri, drenaj işləri, həmçinin yaşayış mənzillərinin tikintisi və tikinti materiallarının istesahsalından ibarətdir.

“Encotec” QSC dövlət şirkəti olan “AzerGold” QSC-nin bir sıra layihələrində iştirak edib.

Şirkətin 2000 manat nizamnamə kapitalının 60 faizi Emin Əliyev, 30 faizi Elxan Hüseynov və 10 faizi isə İsmayıl Əlizadə adlı şəxslərə məxsudur.

2023-cü ildəki xalis mənfəət 2022-ci ildəki 3.79 mln. manatla müqayisədə 1.40 mln. manat və ya 36.9% artıb.

2023-cü ildə gəlir 24.36 mln. manat olub, bu, 2022-ci ildəki 18.02 mln. manatla müqayisədə 6.34 mln. manat və ya 35.2% artım deməkdir.

2023-cü ildə maya dəyəri 14.54 mln. manat təşkil edib, bu isə 2022-ci ildəki 10.60 mln. manatla müqayisədə 3.94 mln. manat və ya 37.2% artım göstərir.

2023-cü ildə 2.84 mln. manat, 2022-ci ildə isə 2.40 mln. manat olub, artım 0.44 mln. manat və ya 18.3%-dir.

2023-cü ildə 6.90 mln. manat, 2022-ci ildə isə 4.84 mln. manat olub, bu da 2.06 mln. manat və ya 42.6% artım deməkdir.

  • 2023-cü ildə cəmi aktivləri 14.74 mln. manat, 2022-ci ildə 9.18 mln. manat idi. Artım 5.56 mln. manat və ya 60.6%-dir.
  • Torpaq, əmlak və avadanlıqlar: 2023-cü ildə 0.33 mln. manat, 2022-ci ildə 0.31 mln. manat. Artım 0.02 mln. manat və ya 6.5%-dir.
  • Cəmi qısamüddətli öhdəliklər: 2023-cü ildə 6.54 mln. manat, 2022-ci ildə 1.85 mln. manat. Artım 4.69 mln. manat və ya 253.8%-dir.
  • Cımi kapitalı 2023-cü ildə 8.20 mln. manat, 2022-ci ildə 7.33 mln. manat. Artım 0.87 mln. manat və ya 11.9%-dir.

 

Son xəbərlər
Digər xəbərlər