12 C
Baku
Tuesday, November 19, 2024

Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi

Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın ( “Mars Overseas Baku LTD” MMC) baş icraçı direktoru cari ildə ikinci dəfə dəyişdirilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, buna qədər şirkətin baş icraçı direktoru olan Emre Yavuz vəzifəsindən azad edilib və onu bu vəzifədə yerli mütəxəssis Sadaylı Qəhrəman Ramiz oğlu əvəz edib.

Sadaylı Q.R. 2022-ci ildən bu tərəfə Qrup marketinqi və ixrac direktoru vəzifəsində çalışır. O, buna qədər  “Bakcell” şirkətində də çalışıb.

Emre Yavuz 2024-cü ilin ikinci rübündən etibarən soft drink istehsal edən şirkətə rəhbər seçilmişdi.

Xatırladaq ki, “Mars Overseas Baku LTD”  1998-ci ildə yaradılıb və 69.944 mln. manat nizamnamə kapitalı var. Şirkətin strukturunda “Qəbələ Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu”, “Quba Konserv Zavodu”da məhsullar istehsal edilir. Azərbaycanda istehsal etdiyi brendlər “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “Zolotoy Sad” və “NATURA”, “MIA”, “I’M TEA” kimi brendlərdir.

 

Son xəbərlər
Digər xəbərlər