Azərbaycanda duru yağlarının istehsal həcmləri müxtəlif istiqamətlərdə dəyişir.
Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 9 ayı ərzində 9 668.3 ton həcmində saflaşdırılmış qarğıdalı yağı istehsal edilib. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.4% azalma deməkdir.
Günəbaxan yağının istehsal həcmi isə 26 502.7 tona yüksəlib. Bu da illik müqayisədə 2.3% artım deməkdir. Ötən ilin yanvar-sentyabr aylarında 25 892.1 ton həcmində günəbaxan yağı istehsal edilib.
Hesabat ilində 866.1 ton həcmində zeytun yağı istehsal edilib, bu da illik müqayisədə 13% artım deməkdir.
Soya yağının istehsal həcmi isə illik müqayisədə 66.3% azalmaqla 229.5 ton təşkil etmişdir.
Qeyd edək ki, son aylarda duru yağların bahalaşma indeksi iki rəqəmlidir.