15 C
Baku
Monday, December 1, 2025

Yermakın Ukraynadan çıxmasına qadağa qoyulub

Ukraynanın Dövlət Sərhəd Xidmətinə Prezident Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın ölkə ərazisindən çıxışına qadağa qoyulması barədə məktub daxil olub.

Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında yazıb.

“Sərhəd-keçid məntəqələri Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub alıblar”, – deyə deputat qeyd edib.

Başqa detallar açıqlanmır.

Xatırladaq ki, noyabrın 28-də Andrey Yermak Ukrayna Prezidentinin Ofisi rəhbəri vəzifəsindən istefa verib. Ondan bir neçə saat əvvəl isə Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun müstəntiqləri onun evində axtarış aparıblar.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər