26 C
Baku
Wednesday, October 2, 2024

Yersiz qanun kraliçanın ölümünə səbəb oldu

İnsanların həyatını yaxşılaşdırmağa xidmət etməli olan qanunlar bəzən əksinə olaraq bədbəxtlik gətirirlər. 19-cu əsrdə Taylandda kral V Rama Dunandha Kumariratan-ın hökmranlığı dövründə burada qeyri-adi 1 qanun qüvvədə idi. Bu qanuna əsasən, kral ailəsinə mənsub bir şəxsə toxunan kəsi dərhal edam edirdilər. İlk baxışdan bu kral ailəsinin təhlükəsizliyinin təmin edilməsi kimi başa düşülə bilər. Lakin bu sonda heç də müsbət nəticə vermir.

1880-ci ildə kralın həyat yoldaşlarından biri qayıq ilə gəzintidə olarkən, onun olduğu qayıq qəfildən çevrilir. 19 yaşlı kraliça üzməyi bacarmırdı və dərhal suyun dibinə doğru gedir. Bu zaman sahildə çoxlu sayda insan dayanmışdı və hər biri kraliçanın necə batdığını görürdülər. Hadisənin şahidi olan insanların nəyə görə batan kraliçaya kömək etmədiyi isə aydın məsələdir. Təbii ki, heç kim öz həyatından məhrum olmaq istəməzdi. Bu hadisə qanunların onu düşünənlərin özlərinə qarşı necə əks təsir göstərdiyinin bariz nümunəsidir.

Son xəbərlər
Digər xəbərlər