Azərbaycan Respublikası Prezidenti deputat Yevda Abramovu “Şöhrət” ordeni ilə təltif edib.
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilsin.” – deyə bugün imzalanan sərəncamda deyilir.
Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olmuşdur. 1970 ci ilərdə Quba rayon Ispik kəndində dərs demişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
Azərbaycan, türk, rus və fars dillərini mükəmməl şəkildə bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdir. Qeyd edək ki, o, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.
Milliyətcə yəhudidir.
Ailəlidir, 4 övladı var.







