34 C
Baku
Thursday, June 20, 2024

Yevlax Pilot Aqroparkına 100 mln. manatdan çox özəl investisiya cəlb olunacaq

Orta fermer təsərrüfatının aqrar sənaye klasterinə inteqrasiyası çərçivəsində yaradılan Yevlax Pilot Aqroparkda ümumi investisiya həcmi 27 milyon manatdan çox olan 11 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Artıq 6 rezident tərəfindən 132 hektar ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarı meyvə bağları, 20 hektarı tərəvəz, 10 hektarı isə tingçilik sahəsidir. 2855 hektar ərazidə yerləşən aqroparka 100 milyon manatdan çox özəl investisiyanın cəlb olunması nəzərdə tutulur.

Aqroparkda Azərbaycan-İsrail tərəfdaşlığı çərçivəsində illik istehsal gücü 16.5 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatı yaradılacaq. Həmçinin burada nar, badam, xurma, üzüm, zeytun, heyva, gilas bağlarının salınması, qeyri-ənənəvi bağçılığın inkişaf etdirilməsi nəzərdə tutulur. Tam fəaliyyətə başladıqdan sonra aqroparkın illik istehsal gücünün təxminən 40 milyon manat olacağı proqnozlaşdırılır.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər