17 C
Baku
Friday, October 18, 2024

Yevlaxın icra başçısına yeni 1-ci müavin təyin edildi

Yevlax Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısına yeni birinci müavin təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Anar Tağıyevin əmri ilə Xaliq Əliyev Zakir oğlu onun birinci müavini təyin edilib. İndiyə qədər bu vəzifə vakant idi.

Xaliq Əliyev buna qədər Yevlax ŞİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri idi.

Bununla da Yevlax ŞİH-in başçısının bir birinci müavini və 2 müavini olur. Daha bir müavin vəzifəsi vakantdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli 1527 nömrəli Sərəncamı ilə 42 yaşlı Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər