Həm pul yığmaq , həm də əlavə gəlir əldə etmək üçün ən sərfəli və etibarlı üsullardan biri yığım əmanətləridir.
Adətən yığım tipli əmanətlər üzrə cəlbetmə faiz dərəcələri müddətli əmanətlərlə müqayisədə daha aşağı olur. Bunun səbəbi isə başadüşüləndir, çünki əmanətçilər bu tip əmanətlərdə faizləri aylıq götürərək yenidən həmin əmanətin üzərinə artırmaqla ikiqat fayda əldə edə bilirlər. Daha sadə dillə izah versək , yığım əmanətlərində əmanətçi faizdən faiz qazana bilər, bunun üçün isə əmanətin faizlərini aylıq götürərək həmin əmanətə əlavə etmək lazımdır. Bankların maliyyə risklərindən cavabdeh olan struktur bölmələri bu amilləri nəzərə alaraq yığım tipli əmanətlərdə bəzi əlavə şərtlərin tətbiqini zəruri hesab edirlər. Belə ki, bu tip əmanətlərdə həm faizlər nisbətən aşağı olur, həm də əmanətin artırılması şərtlərində bəzi məhdudiyyətlər tətbiq edilir. Bu məhdudiyyətlər əsasən minimal artım məbləği və artımın müddəti ilə bağlı olur.
Aşağıdakı cədvəldə banklarımızın AZN valyuatsında olan yığım tipli əmanətlərə təklif etdiyi şərtlər qeyd edilmişdir. Daha rahat müqayisə edilməsi üçün müddət olaraq 12 ay əsas götürülüb. Çünki statistikaya əsasən əmanətlərin 70%-dən çoxu məhz 12 ay müddətinə yerləşdirilir.
Bank | Əmanətin adı | 12 aylıq cəlbetmə faizləri – AZN | Artırılma şərtləri | |
Aylıq | Müddətin sonu | |||
Access Bank | Yığım əmanəti | – | 10% | Əmanəti, istirahət günləri istisna olmaqla, istənilən tarixdə, qabaqcadan razılaşdırılmış plana əsasən, 5 Manat və daha artıq məbləğdə artırmaq olar;
Əmanət müştərinin qabaqcadan seçdiyi artırma planına müvafiq surətdə artırıldıqda, faizlərdən əlavə bonus da toplanır; |
Access Bank | Əlverişli Əmanət | 6% | – | Əmanət hesabının həm nağd, həm də nağdsız qaydada məhdudiyyətsiz artırılması. |
Yapıkredi | Yığım əmanəti | – | 8% | Əmanət məbləğini, bir dəfəyə, Min. 5 AZN olmaqla, artdırmaq mümkündür. |
Bank BTB | Proqressiv Əmanət | 10% | 11% | Bankın filial şəbəkəsində nağd ödənişlə min. 10 AZN
(Online məhdudiyyət yoxdur) |
Express Bank | Mücrü Əmanəti | 8% | 8.4% | Bu əmanət növü üzrə əmanət müddəti ərzində müştəri minimum 10 AZN olmaqla əmanətin məbləğini artıra bilər. |
Unibank | Yığım əmanəti | – | 9% | Əgər müştəri 12 ay ərzində hər ay depozitin əsas məbləğinə əmanət artımı həyata keçirsə, o zaman əlavə bonus əldə edəcək. Minimal məbləğ 10 AZN |
Kapital Bank | Kapital depozit | 7% | 7.5% | müddətin yarısına qədər (minimal artırılan məbləğ 100 AZN) |
Kapital Bank | Müddətsiz Depozit | – | 1% | minimal artırılan məbləğ 100 AZN |
Bank VTB | Sərbəst Əmanət | – | 2% | minimal məbləğ 50 AZN |
Bank VTB | Universal Əmanət | 8% | – | Əmanət müddətinin birinci yarısınadək minimal məbləğ 50 AZN |
Nikoyl | Sabit əmanət | 10% | 10.5% | Əmanət məbləğinin artırılması müqavilənin qüvvədə olduğu müddətin ilk yarısı ərzində mümkündür (əmanət məbləğlinin artırılması müddəti 12 aydan artıq olmamaq şərti ilə). |
Rabitə Bank | Kartmane | 5% | 5% | Hesab qalığınızı istədiyiniz vaxt, istədiyiniz məbləğə artıra bilirsiniz |
NBC | Sığortalı depozit | 12% | – | 1 il müddətinə yerləşdirilən əmanətlərdə 4 ay, 2 il müddətinə yerləşdirilən əmanətlərdə 8 ay, 3 il müddətinə yerləşdirilən əmanətlərdə isə 12 ay ərzində məhdudiyyətsiz artım imkanı verilir. |
Xalq Bank | Proqress Əmanəti | 6% | – | Birdəfəlik artım məbləği 100 000 AZN -dan çox olmamalıdır |
Xalq Bank | Sandıqça əmanəti | 6% | – | Əmanətin maksimal məbləği həddində icazə verilir |
Xalq Bank | VİP-Rantye | 6% | – | 100 000 AZN-a qədər icazə verilir |
AGBank | Sığortalı Əmanət | 11% | 12% | AZN ilə 12 aylıq əmanətlərdə ilk 6 ayadək ilkin qoyulan depozit məbləğinin 50%-i |
AGBank | Sərfəli Əmanət | 11% | – | Müddətin ilk yarısınadək əlavə vəsaitin qoyuluşuna imkan verilir (minimum artırılma məbləği 100 AZN maksimum – məhdudiyyət yoxdur), müddətin ilk yarısından artıq əmanəti artırmaq imkanı verilmir. |
Amrahbank | Güvən Əmanəti | 9% | 10% | Muqavilə müddətinin sonuna 6 ay qalanadək aylıq əsasda ilkin məbləğin maksimum 2 misli həcmində əlavə yatırım imkanı. |
AtaBank | Yığım Əmanəti | – | 8% | Hər ay minimum 100 AZN manat olmaqla əmanəti artırmaq imkan |
Bank Avrasiya | Yığım Əmanəti | – | 7% | Məhdudiyyət qoyulmur |
Bank Avrasiya | Rahat Əmanəti | 6% | – | Məhdudiyyət qoyulmur |
Naxçıvan Bank | Tələbli Əmanət | – | 2% | Məhdudiyyət yoxdur |