AZN valyutasında “Yığım” Depozitləri şərtləri
Banker.az monitorinq qrupu, AZN valyutasında Bankların təklif etdikləri yığım əmanətləri haqqında araşdırma edib. Yığım əmanətlərinin digər növ əmanət olan müddətli əmanətlərdən əsas fərqi əmanət müddəti ərzində vəsaitin artırılmasına icazə verilməsidir. Cəlbetmə faiz dərəcələrinə görə müddətli əmanətlərlə müqayisədə daha aşağı faizlər təklif etməsinə baxmayaraq yığım əmanətləri əlavə vəsaitlərini yığmaq və paralel olaraq da gəlir qazanmaq istəyən şəxslər tərəfindən rəğbətlə qarşılanan bir bank məhsuludur. Aşağıdakə cədvəldə Sizlərə müvafiq əmanət məhsulları üzrə əsas şərtlərin əks olunduğu cədvəl təqdim olunur. Bu cədvəldə əmanətin minimal məbləği, müddəti, illik faiz dərəcəsi və artırılma ilə bağlı bankların təklif etdikləri şərtlər və məhdudiyyətlərlə tanış ola bilərsiniz.
Bank | Əmanətin adı | Minimal məbləğ | Müddət | Faiz dərəcələri | Artırılma şərtləri | |||
Aylıq əsasda | Müddətin sonu | |||||||
Access Bank | Yığım əmanəti | 50 AZN | 6 – 60 ay | – | 6 – 8 ay | 6% | Əmanəti, istirahət günləri istisna olmaqla, istənilən tarixdə,
5 Manat və daha artıq məbləğdə artırmaq olar; |
|
9 – 11 ay | 8% | |||||||
12 – 24 ay | 10% | |||||||
25 – 60 ay | 8% | |||||||
AmrahBank | Güvən əmanəti | 50 AZN | 3 – 36 ay | 3 ay | 3% | 3 ay | 3% | Əmanət müddətinin sonuna 6 ay qalanadək min.20 AZN olmaqla artırmaq mümkündür. |
6 ay | 4% | 6 ay | 4% | |||||
9 ay | 7% | 9 ay | 8% | |||||
12 – 36 ay | 11% | 12 – 36 ay | 12% | |||||
AtaBank | Yığım Əmanəti | 300 AZN | 12 – 60 ay | – | 12 ay | 8% | Hər ay minimum 100 AZN manat olmaqla əmanəti artırmaq imkanı.
Artırılan məbləğin cəmi ilkin əmanət məbləğinin 3 mislindən artıq ola bilməz; |
|
18 ay | 8,5% | |||||||
24 ay | 9% | |||||||
36 ay | 9,5% | |||||||
48 ay | 10% | |||||||
60 ay | 10,5% | |||||||
Bank Avrasiya | Yığım Əmanəti | 100 AZN | 12 ay / 24 ay | – | 12 ay | 7% | Əmanəti 50 000 AZN məbləğə çatanadək istənilən tarixdə və məbləğdə artırmaq mümkündür. | |
24 ay | 9% | |||||||
Bank BTB | Proqressiv Əmanət | 100 AZN | 3 – 24 ay | 3 – 5 ay | 4% | 3 – 5 ay | 5% | Müddətin 3/4 hissəsinədək,
Bankın filial şəbəkəsində nağd ödənişlə min. 10 AZN (Online məhdudiyyət yoxdur) |
6 – 8 ay | 6% | 6 – 8 ay | 7% | |||||
9 – 11 ay | 8% | 9 – 11 ay | 9% | |||||
12 – 18 ay | 10% | 12 – 18 ay | 11% | |||||
19 – 24 ay | 11% | 19 – 24 ay | 12% | |||||
Bank VTB | Universal Əmanət | 100 AZN | 3 – 24 ay | 3 ay | 3% | – | Əmanət müddətinin birinci yarısınadək, min. 50 AZN olmaqla artırmaq mümkündür. | |
6 ay | 4,5% | |||||||
12 ay | 8% | |||||||
24 ay | 7,5% | |||||||
Express Bank | Mücrü Əmanəti | 50 AZN | 12 ay | 8% | 8,4% | Bu əmanət növü üzrə əmanət müddəti ərzində müştəri minimum 10 AZN olmaqla əmanətin məbləğini artıra bilər. | ||
Kapital Bank | Kapital depozit | 100 AZN | 12 – 36 ay | 12 ay | 7% | 12 ay | 7.5% | Əmanət müddətinin birinci yarısınadək, min. 100 AZN olmaqla artırmaq mümkündür. |
18 ay | 7.5% | 18 ay | 8% | |||||
24 ay | 8% | 24 ay | 8,5% | |||||
36 ay | 8,5% | 36 ay | 9% | |||||
Nikoil Bank | Sabit əmanət | 100 AZN | 3 – 36 ay | 3 ay | 1,5% | 3 ay | 2% | Əmanət məbləğinin artırılması müqavilənin qüvvədə olduğu müddətin ilk yarısı ərzində (maks.12 ay) mümkündür. |
6 ay | 4% | 6 ay | 4,5% | |||||
9 ay | 6% | 9 ay | 7% | |||||
12 ay | 9% | 12 ay | 10% | |||||
24 ay | 10% | 24 ay | 10,5% | |||||
36 ay | 10% | 36 ay | 10,5% | |||||
Rabitə Bank | Kartmane | 100 AZN | 1 – 24 ay | 1-3 ay | 2% | – | Əmanət müddəti ərzində istənilən vaxt məhdudiyyətsiz artım etmək mümkündür. | |
3-6 ay | 3% | |||||||
6-9 ay | 4% | |||||||
9-12 ay | 5% | |||||||
12-24 ay | 6% | |||||||
Unibank | Yığım əmanəti | 50 AZN | 12 ay | – | 10% | Əmanət müddəti ərzində istənilən vaxt min. 10 AZN olmaqla artım etmək olar. | ||
Xalq Bank | Proqress Əmanəti | 10 000 AZN | 12 ay | 2% | – | Birdəfəlik artım məbləği
100 000 AZN -dan çox olmamalıdır |
||
Xalq Bank | Sandıqça əmanəti | 100 AZN | 3 – 12 ay | 3 – 6 ay | 1,5% | – | Əmanətin maksimal məbləği həddində (10 000 AZN) icazə verilir. | |
6 – 9 ay | 3% | |||||||
9 – 12 ay | 4,5% | |||||||
Yapıkredi Bank | Yığım əmanəti | 250 AZN | 6 – 36 ay | – | 6 ay | 5% | Əmanət müddəti ərzində istənilən vaxt min. 5 AZN olmaqla artım etmək olar. | |
9 ay | 5,5% | |||||||
12 ay | 6,5% | |||||||
24 ay | 6,5% | |||||||
36 ay | 6,5% |