10 C
Baku
Tuesday, November 26, 2024

Yol cərimələrinin ödənişi asanlaşacaq

Razılaşma əldə olunub.

Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsinin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək.

Komtec şirkətindən bildirilənə görə, bu ilin ortalarında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri MilliÖn ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq.

Şirkətdən deyiblər ki, kommersiya tərkibli razılaşma artıq əldə olunub və hazırda layihənin texniki aspektlərinin həlli üzrə işlər aparılır.

MilliÖN ödəniş terminallarında, həmçinin bank kartlarından istifadə mümkün olacaq ki, bu da xidmətə görə ödəniş etmək üçün pulları avtomatik köçürməyə imkan yaradacaq.

 Aznews.az

Son xəbərlər
Digər xəbərlər