1 C
Baku
Saturday, December 14, 2024

Yol krediti üçün 224,4 milyon manatdan çox vəsait ayrılacaq

İslam İnkişaf Bankı, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun rekonstruksiyası üçün iri sərmayə ayrılmasını leqallaşdırmağa hazırlaşır.

Artıq bank operativ şəkildə sənədlərlə işi bitirib, onu sazişin imzalanma və qüvvəyə minmə müddətini təyin etdikdən sonra, Azərbaycan hökumətinə təqdim etməyə hazırdır” – deyə nümayəndəlikdən bildiriblər.

Əvvəllər bankın direktorlar şurası bu layihənin maliyyələşdirilməsi üçün 224,4 milyon manat vəsait ayırmaq haqqında qərar qəbul edib. Layihənin maliyyələşdirilməsində Azərbaycan hakimiyyətinin payı dəqiqləşdiriləcək. Bura mütləq şəkildə ƏGV əlavə ediləcək, amma bu məbləğ nəzərdə tutulmayan xərclərə görə arta da bilər.

2011-ci ildə İİB Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun rekonstruksiyası və iqtisadi-texniki əsaslarının (İTƏ) hazırlanması üçün Azərbaycana 294 min dollar dəyərində texniki yardım göstərib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər