Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili qaydaları təsdiq edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
2022-ci il 14 yanvar tarixli 17 nömrəli Qərarda yol-nəqliyyat hadisəsi (YNH) haqqında daxil olmuş məlumatlara təcili reaksiyavermə qaydası və YNH-də zərərçəkmiş şəxslərə vaxtında kompleks yardımın göstərilməsi qaydası öz əksini tapıb. Bu Qərar yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasetmə tədbirlərinin görülməsi üçün bu növ hadisələrə dair çevik reaksiyavermə və ümumi xilasetmə fəaliyyətinin təşkili prosedurlarını müəyyən edir.
YNH-də zərərçəkmiş şəxslərə vaxtında kompleks yardımın göstərilməsi hadisə haqqında məlumat daxil olduğu andan başlayır. YNH-də zərərçəkmiş şəxslərə vaxtında kompleks yardımın təşkilinin əsas tədbirləri aşağıdakılardır:
-zərərçəkmiş şəxslərin nəqliyyat vasitələrindən və ya digər obyektlərdən operativ şəkildə çıxarılmasının təmin edilməsi;
-YNH-də zərərçəkmiş şəxslərə təcili tibbi yardım göstərilməsi;
-YNH-nin nəticələrinin aradan qaldırılması.