6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Yol polisindən maska ilə bağlı müarciət

Baş Dövlət Yol Polisi İdarəsi açıq havada maska ilə bağlı sərnişinlərə və mürücülərə müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilsə də, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmaq məcburidir: “Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir.

Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər