9 C
Baku
Friday, December 13, 2024

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – “Cərimə olunacaqsınız”

Avtomobillərini  texniki baxışdan  vaxtında keçirməyən sürücülər cərimə ediləcəklər. Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı “sms” məlumat almış şəxslər istifadələrində olan avtomobillərini yoxlanışa təqdim etməlidirlər. Bu arada 8 günlük bayram tətilində avtomobilinin texniki baxış müddəti başa çatan sürücülərə də heç bir güzəşt olunmayacaq.

Yol polisi avtomobilinin texniki baxış müddəti başa çatan sürücülərə xəbərdarlıq edib.

Vaxtında texniki müayəinə mərkəzinə təqdim olunmayan avtomobillərin sürücüləri inzibati qaydada cərimə olunacaqlar. Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzin Dövlət Avtomobil Müfəttişi Kamal Əhmədli deyir ki, bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma hər bir nəqliyyat vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, bu cür faktlar tez bir zamanda aşkar edilir.

Bəzi sürücülər elə zənn edirlər ki, bayram günlərində texniki baxış müddəti başa çatsa da onlara cərimə yazılmır..Amma Kamal Əhmədli  onu da bildirdi ki, texniki baxış müddəti bitən avtomobil sahibləri və ya sürücülərinə bayram günlərində heç bir güzəşt edilməyəcək. Texniki baxış vaxtı keçən sürücülər cərimə olunacaq.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir .

https://youtu.be/RgH_CWQW1_s

 

Son xəbərlər
Digər xəbərlər