ABŞ-ın “Google” korporasiyası yol qəzalarında istifadəçilərə kömək etmək üçün “Android” əməliyyat sisteminə yeni tətbiq əlavə etməyə hazırlaşır.
Tətbiqin məqsədi qəzadan dərhal sonra istifadəçinin vəziyyətini bilmək və təcili yardıma zəng etməkdir.
Əvvəlcə ABŞ-da istifadəyə verilməsi planlaşdırılan yeniliyin “Google”un “Pixel 4” cihazları üçün eksklüziv olduğu bildirilir.
Sistem qəzadan sonra istifadəçidən onun vəziyyətini soruşacaq və cavab almazsa dərhal hadisə yerinə tibbi heyət çağıracaq.
Report