12 C
Baku
Saturday, November 23, 2024

Yol tikintisi aparan şirkət səhmdarlarına 12 mln. manat dividend bölüşdürülüb

Ölkənin ən iri tikinti şirkətlərindən biri olan “AzVirt” MMC 2021-ci ildə 4 səhmdarına dividend bölüşdürülüb.

Banker.az bu barədə şirkətə istinadən xəbər verir.

2021-ci ildə şirkət dörd səhmdara 12 milyon manat həcmində dividend bölüşdürülüb, lakin ödəniş həyata keçməyib. Belə ki, həmin dividend hələ ki, tikinti şirkətinin cari öhdəliklərində yer alıb.

Bununla da onun 1 yanvar 2022-ci il tarixinə olan bölüşdürülməmiş mənfəəti 53.51 milyon manat təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə onun xalis mənfəəti 6.53 mln. manat olub.

Xatırladaq ki, “Azvirt” 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın “Virtgen İnternational Gmbh” şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” və “Walz GmbH & Co KG” şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan “Azvirt” zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib.

Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər