Yol vergisi üzrə daxilolmalar 15 % azalıb

  •  
  •  
  •  
  •  

2019-cu ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 51,5 faiz artaraq 2109,9 milyon manata çatmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Büdcənin icrasında yaranmış 833,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 14,1 faizinə bərabər olmuşdur.

 Qeyd edək ki, 2019-cu ilin yanvar ayı üzrə olan statistikaya əsasən, dövlət büdcəsinə daxil olan gəlirlərin 8,5 milyon manatını yol vergisi təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10 milyon manat olmuşdur. Belə ki, dövlət büdcəsinə daxil olan gəlirlərin bir hissəni təşkil edən yol vergisi 2018-ci ilin analoji dövrüylə müqayisədə bu il 15 % azalmışdır.

Daxilolmaların 20,1 faizi əlavə dəyər vergisi, 16,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,2 faizi fiziki şəxslərin gəlir vergisi, 2,3 faizi aksizlər, 2,1 faizi sadələşdirilmiş vergi, 1,6 faizi vergilərin digər növləri, 49,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.

 


  •  
  •  
  •  
  •