2021-ci ilin yanvar-oktyabr aylarında yol vergisindən dövlət büdcəsinə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 96.6 mln. manat olub ki, bu da dövlət büdcəsi gəlirlərinin 0.48%-i, ÜDM-in 0.14%-i deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə mədən vergisindən daxilolmalar isə illik müqayisədə 6% artaraq 113.5 mln. manata çatıb. Bu, dövlət büdcəsi gəlirlərinin 0.56%-i, ÜDM-in isə 0.16%-ini təşkil edir.