17 C
Baku
Monday, November 24, 2025

Yolun başlanğıcı: “PAŞA Həyat Sığorta” 15 yaşında

®Bu il “PAŞA Həyat Sığorta” şirkəti 15 illik yubileyini qeyd edir. Həyat sığortası xidmətləri təqdim edən şirkət müştərilərinə 2010-cu ilin 24 noyabr tarixindən etibarən güvən və dəstək göstərir.

Bu illər ərzində müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış məhsul və xidmətlərlə sektorda liderliyini qoruyan “PAŞA Həyat”, həmçinin sosial məsuliyyət layihələrinə də önəm verərək cəmiyyətə fayda gətirmək istiqamətindəki fəaliyyətini davam etdirib.

“PAŞA Həyat” 24 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və 14 fevral 2011-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin lisenziyası ilə həyat sığortası xidmətləri göstərməyə başlamışdır.

Ötən 15 il ərzində şirkət böyük yol qət edərək ölkənin aparıcı həyat sığortası şirkətləri sırasında öz yerini tutub. Bu zaman kəsiyində PAŞA Həyat-ın qazandığı ən böyük nailiyyət isə müştərilərin dərin hörməti və sonsuz etibarıdır.

Eyni zamanda, “PAŞA Həyat” İcbari Sığorta Bürosunun iştirakçısıdır.

Son xəbərlər
Digər xəbərlər