Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan Banker.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 5 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 346 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 465, ötən müddət ərzində isə ümumilikdə 4 070 700 test aparılıb.