ABŞ-ın Milli Futbol Liqası və “Google” bəzi Amerika futbol matçlarının hüquqlarının yutub video xidmətinə ötürülməsi üçün çoxillik müqavilə bağlayıb.
“Google” (“Alphabet Inc.” holdinqinin bir hissəsi) gələn mövsümdən etibarən oyunların yayımlanmasına görə liqaya ildə 2,5 milyard dollar ödəyəcək.
“Sports Business Journal”ın məlumatına görə, “DirectTV” ilə müddəti başa çatan müqavilənin bir hissəsi olaraq ödənişlər ildə 1,5 milyard dollar təşkil edib.
Lisenziyaya həmçinin “Amazon.com Inc.”, “Apple Inc” və “Walt Disney Co.” iddialı olublar.
“NFL Sunday Ticket” paketi “YouTubeTV” abunəçiləri üçün ödənişli olacaq. “YouTubeTV”yə aylıq abunə ABŞ 64,99 dollarına başa gəlir. Bu il “Sunday Ticket”in qiymətləri bütün mövsüm üçün 294 dollardan başlayır.