Google şirkəti Youtube-un Android versiyasındakı bütün ikonların dizaynını dəyişdirməyi qərara alıb.
Yeni ikonların dizaynı bir neçə ay öncə iOS versiyaya əlavə edilən simvollardan götürülüb. Bu yeniliklə, YouTube-un dizaynına 2017-ci ildən sonra ilk dəfə köklü dəyişiklik edilmiş olacaq.
Sonuncu Android versiyadakı ikonlar içərisi dolu formada dizayn edilmişdi.
Yenilikdən sonra isə içərisi boş simvollara üstünlük veriləcək. Bundan əlavə, yeni dizaynda daha tünd, kəskin rənglərə üstünlük veriləcək.
Gələcəkdə YouTube-a kompüter vasitəsilə daxil olanlar üçün də yeni görünüşün istifadəyə veriləcəyi gözlənilir.