21 C
Baku
Saturday, November 2, 2024

Youtube-da ən çox pul qazanan şəxslərin adları açıqlandı – Forbes 2018

Amerikanın Forbes jurnalı, 2018-ci ildə ən yüksək ödənişli YouTube bloqçularının sıralamasını nəşr etdi.

Banker.az Forbes jurnalına istinadla xəbər verir ki, bu siyahının başıda öz oyuncaqlarını sevən və soyadı açıqlanmayan 7 yaşlı  uşağın Ryan ToysReview kanalı dayanır.

Bir il ərzində Ryan ToysReview kanalının gəlirləri 11 milyon dollardan 22 milyon dollara qədər artıb Ryan ToysReview kanalına 17,3 milyondan çox istifadəçi abunə olmuşdur. Rayanın valideynləri onun  yeni oyuncaqlar çıxardığını və onlarla oynadığını videoya çəkib YouTube’da paylaşırlar. 2018-ci ilin avqust ayında Rayan’ın ailəsi Walmart ilə müqavilə imzalayaraq pərakəndə satış şəbəkəsində və onlayn mağazada “Rayan dünyası” adlı bir sıra oyuncaq və geyim nümayiş etdirir.

Forbes-in gəldiyi nəticələrə görə,  ikinci sırada isə amerikalı aktyor Djeyk Pol-un kanalı dayanır. Hal-hazırda bu kanalın 17,5 milyon iszləyicisi var. Nəşriyyat onun gəlirlərini 21,5 milyon dollar dəyərində qiymətləndirir. Üçüncü yeri Dude Perfect kanalı tutdu, burada beş gəncdən təşkil olunan bir qrup müxtəlif növ idman tryuklarını nümayiş etdirib paylaşaraq milyonlarla baxış sayına sahib olurlar. Bu kanalın təqribən 36,8 milyon abunəçisi var, gəlir isə ildə 20 milyon dollar təşkil edir.

Forbes sosial media platformalarının analitikası ilə məşğul olan Captiv8, SocialBlade və Pollstar-ın məlumatlarına əsasən, 1 iyun 2017-ci ildən 2018-ci ilədək YouTube bloqçularının gəlirlərini təxmin edirdi. Gəlirlər vergilərdən əvvəl göstərilir.

Forbes’a görə, ən yüksək ödənişli 10 YouTube bloqçusu:

  1. Ryan ToysReview – 17.3 milyon abunəçi, ildə $22 milyon.
  2. Jake Paul – illik 17,5 milyon abunəçi, $21,5 milyon.
  3. Dude Perfect – 36,8 milyon abunəçi, ildə $20 milyon.
  4. DanTDM – 20.7 milyon abunəçi, illik $18.5 milyon.
  5. Jeffrey Star – 11,5 milyon abunəçi, illik $18 milyon.
  6. Markiplier – 22.4 milyon abunəçi, illik $17.5 milyon.
  7. VanossGaming – ildə 23,9 milyon abunəçi, illik $17 milyon.
  8. Jacksepticeye – 20.8 milyon abunəçi, illik $16 milyon.
  9. PewDiePie – 73.6 milyon abunəçi, illik $15.5 milyon.
  10.  Logan Paul – 18.6 milyon abunəçi, illik $14.5 milyon.
MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər