“YouTube” platforması “Hekayələr” (“Stories”) funksiyasının fəaliyyətini dayandıracağını açıqlayıb.
Artıq istifadəçilər 2023-cü il iyunun 26-dan etibarən “Hekayələr” bölümünə yeni videolar yerləşdirə bilməyəcəklər, dərc edilmiş videolar isə yeddi gün sonra silinəcək.
Məlumat üçün əlavə edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir.