19 C
Baku
Saturday, October 1, 2022

“YouTube” monetizasiya üçün NFT-dən istifadə etməyə icazə verəcək

“YouTube” videohostinqi 2022-ci ildə platformasında metakainat inkişaf etdirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, xidmət həmçinin kontentin monetizasiyası üçün blokçeyn texnologiyasını və NFT tokenlərini istifadə etməyi planlaşdırır.

Hostinq rəhbərliyi bloggerlərin auditoriya ilə qarşılıqlı əlaqədə olması üçün daha çox imkanlar yaratmaq istəyir. “Biz inanırıq ki, blokçeyn və NFT kimi yeni texnologiyalar yaradıcılara öz pərəstişkarları ilə daha güclü əlaqələr qurmağa imkan verə bilər. Onlar yeni layihələrdə əməkdaşlıq edə və müxtəlif yollarla pul qazana biləcəklər”, – şirkətin press-relizində deyilir.

YouTube qeyd edib ki, yeni texnologiyaların istifadəsinə məsuliyyətlə yanaşmaq lazımdır, lakin onlar “inanılmaz potensiala malikdirlər”. Metakainat haqqında danışarkən, hostinq rəhbərliyi videoları izləməyi “daha cəlbedici” etmək istədiklərini vurğulayıb. Xüsusilə, bu, ilk növbədə platformada buraxılan və “daha interaktiv və canlı” edilməsi planlaşdırılan oyunlara təsir edəcək.

Qeyd edək ki, “YouTube” 2021-ci ildə ən çox izlənilən şəbəkələr reytinqində üçüncü yeri tutub. Eyni zamanda platforma “live commerce” bazarına çıxıb: istifadəçilər tətbiqdən çıxmadan alış-veriş etmək imkanını alıb.

Son xəbərlər
Oxşar xəbərlər