18 C
Baku
Wednesday, April 17, 2024

“YouTube” Rusiyada fəaliyyəti ilə bağlı qərarını açıqladı

“YouTube” Ukraynada başlayan müharibə fonunda Rusiyanı tərk etmək fikrində deyil. Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda videohostinqdə çıxışı zamanı baş icraçı direktor Susan Voycicki deyib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Biz həqiqətən də bu münaqişədə məlumatın əsas rol oynadığını və silah kimi istifadə oluna biləcəyini görürük”, – deyə Voycicki qeyd edib.

O xatırladıb ki, Rusiya hərbi əməliyyatı başlayandan videohostinq bir sıra qaydalar tətbiq edib. O, həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən KİV-ə girişi məhdudlaşdırıb ki, “orta statistik Rusiya vətəndaşı Davosda sizinlə eyni məlumatı pulsuz əldə edə bilsin”.

Son xəbərlər
Digər xəbərlər