“YouTube” videoların təsviri funksiyasını sınaqdan keçirir, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Bildirilir ki, bunun üçün AI texnologiyalarından istifadə olunur.
Nəzərdə tutulduğu kimi, yenilik istifadəçilərə videonu izləmədən onun nə haqqında olduğunu öyrənməyə imkan verəcək.
2023-cü il avqustun 1-dən “YouTube” videoların təsviri funksiyasını az sayda istifadəçi üçün əlçatan edib. Şirkət sınaqların nə qədər davam edəcəyini açıqlamayıb. Təcrübə uğurlu olarsa, yenilik “YouTube”un ictimai versiyasına əlavə ediləcək.
Hələki videonun təsviri funksiyası platformanın yalnız ingilis dilində olan kontenti üçün işləyir.