9 C
Baku
Friday, December 13, 2024

“YouTube” təhqiredici şərhlərə görə istifadəçiləri bloklayacaq

“YouTube” platforması spam və təhqiramiz şərhlərə münasibətdə siyasətini yeniləyib – şirkət bu kimi hallara yol verən istifadəçiləri blok edəcəyini deyir. Bu barədə “Google” xidmətinin ana şirkətinin nümayəndələri məlumat yayıb.

Yeniliklərə əsasən, “YouTube” qaydalarının ilk dəfə pozulmasına görə istifadəçiyə xəbərdarlıq ediləcək. Əgər istifadəçi təhqiredici və ya spam mesajlara yol verməyə davam edərsə, onun profili 24 saat müddətinə bloklanacaq.

Bildirilir ki, əvvəlcə sistem yalnız ingilis dilində şərhlərlə işləyəcək, lakin növbəti bir neçə ay ərzində digər dillərə də genişlənəcək. Xidmət nümayəndələrinin sözlərinə görə, bu yeniliklər hüquq pozuntularına qarşı siyasətin genişləndirilməsinin bir hissəsidir.

Son xəbərlər
Digər xəbərlər