21 C
Baku
Wednesday, October 5, 2022

“YouTube” “TikTok”un rəqibini işə salıb

“YouTube” videoçarxı “TikTok”un əsas rəqiblərindən biri olan YouTube Shorts xidmətini işə salıb. Banker.az xəbər verir ki, bu barədə “YouTube” öz rəsmi bloqunda məlumat verib.

Verilən məlumata görə, yeni xidmət istifadəçilərə “TikTok”da olduğu kimi 15 saniyəlik videolar çəkməyə imkan verəcək.

Tətbiq həm iOS, həm də Android istifadəçiləri üçün əlçatan olacaq. Tərtibatçılar vurğulayırlar ki, test mərhələsində Shorts yalnız Hindistanda işləyəcək. Bildiyimiz kimi, cari ilin iyun ayında ölkə “TikTok”, “WeChat” və Çinin digər bir sıra tətbiqini qadağan etmişdir. Bunun əsas səbəbi kimi həmin tətbiqlərin Çinin “suverenliyinə və bölüvlüyünə zərər verməsi” göstərilib.

Xatırladaq ki, keçən ilin noyabr ayında “Instagram” da “TikTok”a oxşar bir xidmət işə salmışdır. Tətbiq Reels adını alıb. Test mərhələsində Reels yalnız Braziliyada, 2020-ci ilin avqustunda isə ABŞ, Fransa, Avstraliya və Yaponiya daxil olmaqla, daha 50 ölkədə əlçatan olub.

Bununla əlaqədar olaraq ABŞ prezidenti Donald Tramp, “TikTok”un 15 sentyabr tarixinədək yerli şirkətlərdən birinə satılmasını tələb edib. Əks təqdirdə, tətbiq “biznesi tərk edəcək”. Bundan əlavə, xidmətə sahib olan “ByteDance” şirkəti 90 gün ərzində ABŞ-dakı aktivlərini satmalı, topladığı istifadəçi məlumatlarını isə məhv etməlidir.

Qeyd edək ki, “TikTok”u almaq istəyən şirkətlər arasında “Microsoft” və “Oracle” şirkətləri olub. “Reuters”in verdiyi məlumata görə, “TikTok” alıcı olaraq “Oracle” korporasiyasını seçib.

Son xəbərlər
Oxşar xəbərlər