YouTube, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə qaldırdığı iddianı həll etmək üçün ona 24,5 milyon dollar ödəməyə razılaşıb.
Banker.az-ın məlumatına görə, iddia Trampın hesabının 6 yanvar Kapitoli basqınından sonra bloklanması ilə bağlı idi.
Razılaşmaya əsasən, 22 milyon dolları Tramp alacaq. O, artıq bu vəsaiti Milli Allee Fonduna yönləndirəcəyini və Ağ Evdə dövlət bal zalının inşasına sərf olunacağını açıqlayıb.
Qalan 2,5 milyon dollar isə iddiada iştirak edən digər şəxslər arasında bölüşdürüləcək.