10 C
Baku
Wednesday, December 11, 2024

“YouTube” xidmətlərindən birini hamı üçün pulsuz edəcək

İstifadəçilər yaxında serial və şouları “YouTube Originals” striminq xidmətindən pulsuz izləyə biləcəklər. 

Pullu abunənin ləğvini platformada reklamın hesabına etməyi düşünürlər. 
Məsələn, “Karate Kid” serialının birinci mövsümünü avqustun 29-dan pulsuz izləmək mümkün olacaq. Hazırda ABŞ-da platformadakı kontent pulludur. Bu ölkədə aylıq abunə haqqı 11,99 dollar təşkil edir.

2019 05 06 12 24 34 866d

Buna baxmayaraq kontentin böyük hissəsi pullu abunədən keçmədən belə hər kəsə, pulsuz əlçatandır. Videohostinqdən isə hesab edirlər ki, belə qərarla reklamverənlər ilə auditoriyanın interaktiv şəkildə qarşılıqlı əlaqəsini yaratmaq olar.

Əlavə etmək yerinə düşər ki, “YouTube Originals” özündə orijinal serialları birləşdirir. Bu platformada populyar müəlliflər və məşhurların işləri yer alır.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər