“YouTube” xidməti “Premium” abunəçiləri üçün qısa videolar, təkmilləşdirilmiş səs və digər yenilikləri sınaqdan keçirir. Bildirilir ki, iOS istifadəçiləri “təsvir içində təsvir” funksiyası vasitəsilə “Shorts” videolarına baxa-baxa digər tətbiqlərə keçid edə biləcəklər.
Veb-versiyada isə indi süni intellekt xüsusiyyətlərindən istifadə edərək videonun ən populyar hissələrinə keçid etməyə mümkündür. Siz həmçinin “YouTube Premium” abunəliyini “Google One” bulud xidməti ilə birləşdirərək qiymətini azalda bilərsiniz.